Anbar infrastrukturunun hərtərəfli təhlükəsizlik auditi zamanı Kaspersky mütəxəssisləri barkod skanerləriüzərindən həyata keçirilən yeni bir kiberhücum vektoru aşkar ediblər. Bunun nəticəsində təcavüzkarlar anbar idarəetmə sistemlərinə giriş imkanı əldə edə və elektron ticarət sifarişlərinin emalına və göndərilməsinə mane ola bilərlər. Əsas problem skanerlə onun qoşulduğu baza stansiyası arasında identifikasiyanın olmaması ilə bağlıdır. Mütəxəssislər bu tapıntıları “Security Analyst Summit 2026” konfransında təqdim ediblər.
Araşdırma nəticəsində məlum olub ki, skaner anbar şəbəkəsinə giriş nöqtəsinə çevrilə bilər. Bu cür hücum simsiz rabitə kanalı vasitəsilə həyata keçirilir. Mütəxəssislər radio siqnalının əhatə dairəsində olan hücumçunun qoşulmuş cihaza düymə toxunuşları daxil edə bilər ki, bu da istifadəçinin iştirakı olmadan potensial olaraq kodun uzaqdan icrasına səbəb ola bilər. Bu hücum vektoru bir neçə istehsalçının cihazlarında müəyyən edilib.
Kiberhücum ssenarisi bu cür görünə bilər: əməkdaşgündəlik işində baza stansiyasına qoşulmuş simsiz barkod skanerindən istifadə edir. Hücumçu stansiyanın “Bluetooth” ünvanını – məsələn, “Bluetooth” trafikininpassiv təhlili vasitəsilə – ələ keçirir. O, qoşulmuş“Bluetooth” bağlantısından istifadə edərək klaviatura düymələrinin basılmasını təqlid ilə stansiyaya zərərli məlumatlar yükləyir. Stansiya bu siqnalları qoşuluolduğu kompüterə ötürür; kompüter isə onları istifadəçinin qanuni daxil etdiyi məlumatlar kimi qəbul edir. Beləliklə, hücumçu kritik əhəmiyyətli sistemlərə qoşulmuş anbar şəbəkəsinin daxilindəki kompüterə ilkin giriş əldə edir.
Həmçinin qeyd etmək lazımdır ki, logistika proseslərini və anbar idarəetmə sistemlərini (WMS) hədəf alan oxşar hücumlar anbar infrastrukturundakı məlumat toplama terminalları və ya termal printerlər kimi digər cihazlar vasitəsilə də həyata keçirilə bilər.
"Bu gün pərakəndə ticarət və logistika tamamilə rəqəmsallaşıb – biznes idarəetmə platformalarındantutmuş anbarda çalışan hər bir işçinin əlindəki cihazlara qədər. Bu o deməkdir ki, istənilən texnoloji vasitə, hətta adi barkod skaneri belə, kiberhücum üçün giriş nöqtəsinə çevrilə bilər. Belə bir hücumun bütün ekosistemi sarsıtmaq potensialı var. Anbarlar və pərakəndə ticarət müəssisələri üçün infrastrukturun bütün səviyyələrini əhatə edən hərtərəfli müdafiə strategiyası qurmaq olduqca vacibdir", – deyə Kaspersky-nin Sənaye kibertəhlükəsizliyi xidmətləri üzrə rəhbəri Sergey Sidorov qeyd edir.
Anbar infrastrukturunun təhlükəsizliyini artırmaq üçün Kaspersky mütəxəssisləri tövsiyə edirlər:
• şəbəkəyə qoşmazdan əvvəl hər bir yeni cihazı yoxlayın;
• istifadə olunmayan “Bluetooth” interfeyslərini söndürün və güclü identifikasiya mexanizmləri tətbiq edin;
• yalnız vacib qoşulmalara icazə vermək üçün anbar şəbəkələrini seqmentləşdirin;
• istifadəçi hesabı imtiyazlarını zəruri minimuma endirməklə paralel olaraq anbar idarəetmə sistemləri (WMS) üçün təhlükəsizlik yeniləmələrinidərhal quraşdırın;
• insayderlərin iştirak etdiyi hücum ssenarilər də daxil olmaqla, potensial hücum yollarını modelləşdirənhərtərəfli təlimləri müntəzəm qaydada keçin;
• işçilərin kibertəhlükəsizlik barədə məlumatlılığınıartırın, məsələn, Kaspersky Automated SecurityAwareness Platform (KASAP) bu işdə köməyinizə çata bilər;
• kritik infrastrukturu müdafiəsi üçün XDR sinif Kaspersky Industrial CyberSecurity (KICS)platformasından istifadə edin – sənaye (OT) şəbəkələrinin monitorinqi, eləcə də son nöqtələrin qorunması əlinizin altında olsun.
Araşdırmanın nəticələri barədə ətraflı məlumat:Securelist.ru.