Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 28-də Ağdaş və Mingəçevir Elektrik şəbəkələrinin (EŞ) xidməti ərazilərində bir sıra 6 və 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.
“İki sahil” xəbər verir ki, “Azərişıq” ASC-dən bildirilib ki, görüləcək işlərlə əlaqədar Ağdaş şəhər ərazisində 20 Yanvar, Cəfər Cabbarlı, İstiqlal, Molla Pənah Vaqif küçələri, 47-ci məhəllə, Su 18 yaşayış massivi, həmçinin rayonun Aşağı Ağcayazı, Dəhnəxəlil, Yuxarı Ağcayazı kəndləri və Türyançay qəsəbəsinin bir hissəsində saat 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Həmçinin Mingəçevirdə Heydər Əliyev prospekti, Aydın Məmmədov küçəsi və Şəfa bağları yaşayış massivinin bəzi ərazilərində saat 10:00-dan 15:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Kimya İnstitutunun alimlərinin həmmüəllifi olduğu məqalə beynəlxalq elmi jurnalda dərc edilib
Kaspersky barkod skanerlərində anbarlara kiberhücumlara yol açacaq boşluq aşkarlayıb