06 oktyabr 2026 08:02
106

Bu gün Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 6-da Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə "Azərişıq" ASC məlumat yayıb. Təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Bəşir Səfəroğlu, İzmir, Məhəmməd Xiyabani, Mirəli Seyidov, Nəriman Nərimanov küçələri, Tbilisi prospekti və Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

İşlər yekunlaşdıqdan sonra ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.