Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni, daha ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb. Məlumata görə, söhbət düşmən gəmilərini məhv etmək üçün nəzərdə tutulan uzunmənzilli qanadlı raketlərdən gedir. Bu raketlərin düşmənin raketdən müdafiə sistemlərini sıradan çıxarmaq və hədəfləri vurmaq imkanlarını artırmaq üçün istifadəsi nəzərdə tutulur. Yeni raketlərin istehsalında mülki təyinatlı, daha ucuz komponentlərdən istifadə edilməsi planlaşdırılır.
Qəzetin məlumatına görə, raketlərin kütləvi istehsalına 2030-cu ildə başlanacaq.
Hakan Fidan Məkkə Müdafiə Sazişi ilə bağlı işlərin son mərhələyə çatdığını bildirib
Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır