02 oktyabr 2026 14:14
106

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

Mən bir şəhid həyat yoldaşı olaraq bunu xüsusilə vurğulamaq istəyirəm: şəhid ailəsinin arxasında dövlətin dayandığını bilmək insana yaşamağa, çalışmağa, Vətənə layiqli övlad böyütməyə və gələcəyə inamla baxmağa stimul verir.

“İki sahil” xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı 44 günlük Vətən müharibəsinin şəhidi, "Qarabağ" ordeni, "Şücaətə görə", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuş Şahmar Mənəfovun həyat yoldaşı, Yasamal rayonu 53 nömrəli tam orta məktəbin müəllimi Bəyim Mənəfova deyib.

"Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib. Partiyamızın İdarə Heyətinin hesabatından da göründüyü kimi, VII qurultaydan sonra şəhid ailələri, müharibə veteranları və qazilər daim diqqət mərkəzində saxlanılaraq onların sosial problemlərinin həllinə köməklik göstərilib, bu istiqamətdə çoxsaylı tədbirlər və sosial-humanitar təşəbbüslər həyata keçirilib. Bütün bu fəaliyyətlər böyük əhəmiyyətə malik olmaqla yüksək qiymətləndirilməlidir", - deyə Bəyim Mənəfova qeyd edib.