Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Cüdo Turnirində Azərbaycan təmsilçiləri 4 medal qazanıblar.
Azərbaycan Cüdo Federasiyasının adaptiv cüdo qrupunun üzvlərindən Sadiq Nəzirov (G-2) gümüş, Adilə Niftaliyeva (G-24) və Yusif Nəsirli (G-7) isə bürünc medala sahib olublar. Bu yarış hər üç cüdoçunun ilk beynəlxalq turnir təcrübəsi olub.
Azərbaycan komandasının digər üzvü Kamran Quliyev (G-10) isə bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.
Beləliklə, Azərbaycan təmsilçiləri turniri 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.
Qeyd edək ki, adaptiv cüdo xüsusi qayğıya ehtiyacı olan şəxslərin fərdi imkanları nəzərə alınmaqla cüdo ilə məşğul olmasına və idman vasitəsilə sosial inteqrasiyasına imkan yaradır.
Nikita Simonov “Challenge” seriyasına aid Dünya kubokunda bürünc medal qazanıb