28 sentyabr 2026 11:56
151

Anım Gününə həsr olunmuş Vətən İdman Klubunun açıq birinciliyi keçirilib

Gəncə şəhərində 27 sentyabr Vətən Müharibəsi Şəhidlərinin Anım Gününə həsr olunmuş Vətən İdman Klubunun açıq birinciliyi keçirilib.

Yarışda U 11-12, U 13-15 və yeniyetmə yaş kateqoriyasında idmançılar mübarizə aparıblar. Ümumilikdə 70 atlet 21 çəki dərəcəsində qüvvəsini sınayıb.

Qeyd edək ki, birincilikdə Gəncə UGİM 1, Gəncə UGİM 2, Gədəbəy, Goranboy, Yevlax, Cəlilabad, Vətən AİK, Zəfər İK, Ümid İK kollektivləri iştirak ediblər.