27 sentyabr 2026 23:12
108

Anım Günü ilə əlaqədar ağacəkmə tədbiri keçirilib

27 sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Aksiyada Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Minatəmizləmə Agentliyinin rəhbərliyi, kollektivi, eləcə də könüllülər iştirak edib.  

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq keçirilən ağacəkmə aksiyası çərçivəsində Müşfiqabad qəsəbəsində, ərazinin torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.  Aksiya şəhidlərimizin müqəddəs xatirəsinin yaşadılması, ətraf mühitin mühafizəsi və gələcək nəsillər üçün daha yaşıl və sağlam mühitin formalaşdırılması məqsədinə xidmət edib.

Şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla anırıq!