27 sentyabr 2026 22:30
104

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edib

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və ölkəmizdə səfərdə olan diaspor təşkilatlarının nümayəndələri 27 Sentyabr – Anım Günündə Vətən müharibəsinin rəmzlərindən birinə çevrilən Zəfər parkını ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, Komitədən verilən məlumata görə, ziyarət zamanı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, xatirə daşının önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, Azərbaycanın dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları bu gün Anım Günü ilə əlaqədar çoxsaylı tədbirlər keçirir, şəhidlərimizin xatirəsini ehtiramla yad edirlər. Soydaşlarımız eyni zamanda yaşadıqları ölkələrin ictimaiyyətinə Anım Gününün mahiyyəti barədə ətraflı məlumat verirlər. Dünyanın 21 ölkəsində yerləşən Azərbaycan Evlərində guşələr yaradılır, anım mərasimləri və tədbirlər təşkil olunur.