26 sentyabr 2026 22:28
99

Azərbaycan milli komandasını 100 azarkeş dəstəkləyəcək

Azərbaycan milli komandasını Millətlər Liqasında Litvaya qarşı səfərdə keçirəcəyi oyunda 100 azarkeş dəstəkləyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə  AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Ümumilikdə isə matça hələlik 8500 bilet satılıb.

Qeyd edək ki, D Liqasının 2-ci qrupunun Litva - Azərbaycan oyunu sentyabrın 27-də, Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.