27 Sentyabr – Anım Günü ərəfəsində Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, ağacəkmə aksiyasının keçirildiyi yerdə əvvəlcədən təmizlik və abadlıq işləri aparılıb, ərazi ağacların əkilməsi üçün hazırlanıb. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq keçirilən aksiya çərçivəsində ərazidə 500 ədəd müxtəlif cinsli ağac əkilib. Bildirilib ki, aksiyanın əsas məqsədi şəhidlərimizin xatirəsini ehtiramla yad etməklə yanaşı, yaşıllıq sahələrinin genişləndirilməsi, ətraf mühitin qorunması və rayonun ekoloji mühitinin daha da yaxşılaşdırılmasına töhfə verməkdir.