23 sentyabr 2026 16:46
101

“Avropa Mobillik Həftəsi” çərçivəsində panel müzakirəsi keçirilib

“Avropa Mobillik Həftəsi” çərçivəsində Bakıda“Davamlı Şəhər Hərəkətliliyi: İctimai Nəqliyyat vəMikromobilliyin İnteqrasiyası” mövzusunda panel müzakirəsi keçirilib.

Tədbirdə ictimai nəqliyyatın tənzimlənməsi, mikromobillik zolaqlarının genişləndirilməsi vəpiyada infrastrukturunun inkişafı məsələlərimüzakirə edilib. 

Tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daxiliİşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasınınnümayəndələri ekspertlərlə birgə müzakirələraparıblar. 

Panel müzakirəsinin ilk hissəsində nəqliyyatinfrastrukturunda tətbiq olunan şəhərsalma vəplanlaşdırma standartları, avtomobillərdən asılılığınazaldılması, ictimai nəqliyyat və mikromobillikvasitələrindən istifadənin təşviqi ilə bağlı görülənişlərdən danışılıb. 

Müzakirənin ikinci hissəsi mikromobilliyin inkişafperspektivlərinə həsr olunub. Tədbirdə velosiped vəskuter istifadəçilərinin təhlükəsizliyi, gənclərarasında mikromobillik mədəniyyətininformalaşdırılması, sağlam həyat tərzinin təşviqimüzakirə edilib.

Qeyd edək ki, 16–22 sentyabr tarixlərini əhatə edən“Avropa Mobillik Həftəsi” çərçivəsində AYNA tərəfindən şəhər mobilliyi, dayanıqlı nəqliyyat vəalternativ hərəkətlilik imkanları ilə bağlı bir sıramaarifləndirici tədbirlər və təşəbbüslər həyatakeçirilib.