Bu məqsədlə texniki hazırlıq işlərinə sentyabrın 22-də başlanılıb və növbəti gün dərslərin məsafədən keçirilməsi təmin edilib. Görülən tədbirlər tədrisin fasiləsizliyinin qorunmasına və təhsil proqramlarının icrasının davam etdirilməsinə yönəlib. Gün ərzində 22 mindən çox tələbənin tədris prosesinə məsafədən qoşulması nəzərdə tutulur. Tələbələrin dərslərdə davamiyyəti yüksək səviyyədədir.
Tədris prosesinə nəzarət mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Hazıradək hər hansı səbəbdən dərslərə qoşula bilməyən tələbələrlə bağlı müraciət daxil olmayıb.
