22 sentyabr 2026 19:27
98

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

ABŞ Prezidenti Donald Tramp Rusiya–Ukrayna müharibəsinin yaxın zamanda başa çatacağına əminliyini bildirib.

“İki sahil” xəbər verir ki, Tramp bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksəksəviyyəli ümumi müzakirələrində çıxışı zamanı deyib.

“Rusiya və Ukrayna liderləri ilə çox sıx işləyirik və bu məsələni həll edəcəyik. Düşünürəm ki, bu, insanların təsəvvür etdiyindən daha tez baş verəcək”, – deyə ABŞ Prezidenti vurğulayıb.