22 sentyabr 2026 18:04
79

G7 XİN rəhbərləri Yəməndəki vəziyyəti enerji təhlükəsizliyinə qəbuledilməz təhdid adlandırıblar

G7 ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri Yəmənin üsyançı "Ənsar Allah" hərəkatı (husilər) ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməliyyatların eskalasiyasını qlobal enerji təhlükəsizliyinə "qəbuledilməz təhdid" hesab edirlər.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda qəbul edilmiş "yeddilik" diplomatiya rəhbərlərinin yazılı bəyanatında deyilir.

G7 nazirlərinin fikrincə, Yəməndəki vəziyyət regional sabitliyə və təhlükəsizliyə, qlobal enerji təhlükəsizliyinə, həmçinin Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında gəmiçilik hüquq və azadlıqlarına, təhlükəsizliyə qəbuledilməz təhdid yaradır.

Sənədin müəllifləri husilərin Yəməndə, həmçinin Səudiyyə Ərəbistanı Krallığına qarşı zərbələrini davam etdirməsini ən qəti şəkildə pisləyiblər. "Yeddilik" husiləri bütün hərbi əməliyyatları, mülki dənizçiliyə qarşı bütün təhdidləri və bölgədəki gəmilərə hücumları dərhal dayandırmağa çağırıb. Bundan əlavə, G7 İranın husilərə dəstək verməyi dayandırmasının tərəfdarı olduğunu bildirib.