Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
“İki sahil” xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
2. Babək prospekti, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində.