Rusiyadan gələn xüsusi təyyarə Reyn-Şahn/Bonn aeroportuna Rusiyanın Bonn şəhərindəki Baş konsulluğunda çalışmış diplomatların dalınca gəlib.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Almaniya XİN-in nümayəndəsi Katrin Deşauer alman jurnalistlərin Rusiyadan ölkəyə xüsusi reysin enməsi ilə bağlı məlumatı təsdiqləmək xahişinə cavab olaraq brifinqdə bildirib.
"Bununla bağlı qısaca deyə bilərəm ki, Rusiya xüsusi reysinin həyata keçirilməsi üçün müvafiq icazə mövcuddur. Uçuş Rusiya Baş konsulluğunun Bonn şəhərindəki əməkdaşlarının ölkəni tərk etməsi ilə bağlıdır", - deyə o qeyd edib, lakin Almaniyanı tərk edən diplomatların sayını açıqlamaqdan imtina edib.
Sentyabrın 1-də Almaniya hökuməti avqustun əvvəlində Leyptsiq/Halle aeroportunda pilotsuz uçuş aparatının (PUA) iştirakı ilə baş vermiş insidentə görə rəsmi şəkildə Rusiyanı məsuliyyətli bilib, Berlindəki Rus Evinin fəaliyyətinə xitam verildiyini, Rusiyanın Bonn şəhərindəki Baş konsulluğunun bağlandığını və digər tədbirlərin görüldüyünü elan edib. Diplomatik nümayəndəliyin əməkdaşları sentyabrın 18-dək Almaniyanı tərk etməlidirlər, Almaniya tərəfi onların Rusiyanın Berlindəki səfirliyinin ştatına keçirilməsi imkanını rədd edib.
Qazaxıstanda ölkəyə giriş icazələrinin qaydasının nə vaxt müəyyənləşdiriləcəyi açıqlanıb