16 sentyabr 2026 16:16
111

ABŞ nümayəndələri Oman şəhərində husilərlə görüş keçirib

ABŞ rəsmiləri Oman Sultanlığında Yəmənin üsyançı "Ənsarullah" hərəkatının (husilər) nümayəndələri ilə görüş keçiriblər.

“İki sahil” xəbər verir ki,  Bu barədə "Reuters" agentliyi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, görüş Maskatdakı ABŞ səfirliyində baş tutub. Tədbirin təşkilinə Oman hökuməti köməklik göstərib. Husilər Amerika tərəfinə bildiriblər ki, ABŞ gəmilərinə hücum etmək niyyətində deyillər və 2025-ci il barışığına sadiqdirlər. Mənbələrdən birinin sözlərinə görə, hərəkat, həmçinin Səudiyyə Ərəbistanına məxsus olanlardan başqa, İsrailə və digər ticarət gəmilərinə də hücum etməmək öhdəliyi götürüb.

ABŞ Dövlət Departamenti Qırmızı dənizdə gəmiçilik azadlığının təmin edilməsinin və terrorizmin yayılmasının qarşısının alınmasının Vaşinqton üçün əsas maraqlar olaraq qaldığını bildirərək, "Reuters"ə görüş faktını təsdiqləməyib.