Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 412 yanğına çıxış, 35 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 41 nəfər xilas edilib, 14 nəfər təxliyə olunub, 3 nəfərin meyiti təhvil verilib.
Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahibləri üçün viza rejimi ləğv edilir