İsrail ordusu Dəməşqin qərbində yerləşən Beyt Jann kəndini atəşə tutub.
“İki sahil” xəbər verir ki, “Syria TV”nin məlumatına görə, kənd İsrailin işğalı altında olan Qolan təpələrindəki mövqelərdən iriçaplı mərmilərlə atəşə tutulub. Hadisə nəticəsində ölən və yaralananlar, eləcə də dəyən ziyanın miqyası barədə hələlik məlumat yoxdur. Bundan əvvəl İsrail qüvvələri Dəra əyalətinin cənubundakı Maaria kəndini ağır pulemyotlardan atəşə tutub. Hücum intensiv dron uçuşları ilə müşayiət olunub.
Qeyd edək ki, Dəməşq İsraildən 1974-cü il razılaşmasına əməl etməyi və Qolan təpələrindəki təmas xəttindən qoşunlarını çıxarmağı tələb edir.
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb