Fövqəlada Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Mərkəzin əhatə etdiyi ərazi üzrə şəhər və rayon ümumtəhsil məktəblərinin 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün mülki müdafiə kursları keçirilib.
Mülki müdafiə kurslarının keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.
Mülki müdafiə kurslarında iştirak edən dinləyicilərə fərdi mühafizə vasitələrindən istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyə planlarının hazırlanması qaydaları, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumatlar verilib, mövzularla bağlı hazırlanmış fotoslayd və videoçarxlar nümayiş olunub.
Kurslarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
YAP Sumqayıt şəhər təşkilatında 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
“Yeni Azərbaycan” qəzetinin rəsmi internet saytına kütləvi haker hücumu həyata keçirilib
Nizami rayonunda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib
Nazir Vilayət Eyvazov Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi