AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC media nümayəndələri üçün “Qələmdən süni intellektə” mövzusunda təlim təşkil edib.
40-a yaxın jurnalistin iştirak etdiyi təlimdə AzInTelecom-un rəqəmsal xidmətlər sahəsindəki fəaliyyəti və müasir texnoloji həlləri diqqətə çatdırılıb. Şirkətin Azərbaycanın rəqəmsal inkişafındakı strateji rolu, milli data mərkəzləri, superkompüter infrastrukturu və kibertəhlükəsizlik xidmətləri barədə məlumat verilib. Bundan başqa, SİMA ekosistemindəki ən son yeniliklər, funksionallıqlar və platformanın rəsmi maskotu “Simi” təqdim edilib. Daha sonra ənənəvi mətbuatdan rəqəmsal kommunikasiyaya keçid mövzusunda jurnalistlərə təlim keçirilib.
İnteraktiv formatda baş tutan təlimdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb. Tədbirin sonunda jurnalistlər üçün mini viktorina keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, AzInTelecom-un bu təşəbbüsü media nümayəndələrinin informasiya-kommunikasiya texnologiyaları sahəsində məlumatlılığını artırmaq, həmçinin ölkəmizdə rəqəmsal xidmətlərə dair informasiyaların daha geniş işıqlandırılmasına dəstək olmaq məqsədi daşıyır.
Yaqut Ağaşahqızı, “İki sahil”
YAP Sumqayıt şəhər təşkilatında 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
“Yeni Azərbaycan” qəzetinin rəsmi internet saytına kütləvi haker hücumu həyata keçirilib
Nizami rayonunda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib
Nazir Vilayət Eyvazov Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi