08 sentyabr 2026 12:28
101

Mərkəzi Asiya XİN rəhbərləri nüvə silahından azad zonaların yaradılmasına çağırış ediblər

Qazaxıstan Xarici İşlər Nazirliyi Mərkəzi Asiya ölkələrinin xarici siyasət idarələrinin başçılarının Yaxın Şərq də daxil olmaqla nüvə silahından azad zonaların yaradılmasına çağırış edən birgə bəyanatını yayıb.

“İki sahil” xəbər verir ki,  Mərkəzi Asiyada nüvə silahından azad zona haqqında Semipalatinsk müqaviləsinin imzalanmasının 20 illiyi münasibətilə qəbul edilmiş sənəddə deyilir: "Hazırda mövcud olmayan regionlarda, o cümlədən Yaxın Şərqdə yeni nüvə silahından azad zonaların yaradılması səylərini dəstəkləyirik".

Bəyanatda XİN rəhbərləri "Nüvə silahının yayılmaması haqqında müqavilənin (NŞM) 6-cı maddəsinə uyğun olaraq nüvə tərksilahı sahəsində əhəmiyyətli irəliləyişin olmamasından ciddi narahatlıq" ifadə ediblər. Həmçinin "silahların nəzarəti sahəsində əsas sazişlərin fəaliyyətinə xitam verilməsi ilə yanaşı, nüvə arsenalının modernləşdirilməsi istiqamətində həyəcanverici tendensiyadan" narahatlıq ifadə olunur. Regionun xarici siyasət idarələri "nüvə silahı yarışının qarşısını almaq məqsədilə silahların nəzarətin yoxlanıla bilən yeni mexanizmlərinin təcili olaraq işlənib hazırlanmasına" çağırıblar.

Xatırladaq ki, 2006-cı il sentyabrın 8-də Semipalatinskdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan Mərkəzi Asiyada nüvə silahından azad zona haqqında müqavilə imzalayıblar.