30 avqust 2026 18:40
89

İran Hörmüz boğazından keçidi məhdudlaşdırıb: 30 gəmi saxlanılıb

Son bir həftə ərzində İran Silahlı Qüvvələri 30-a yaxın gəminin Hörmüz boğazından icazəsiz keçmək cəhdinin qarşısını alıb.

“İki sahil” xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumata görə, avqustun 22-29-da boğazdan keçməyə çalışan həmin gəmilərin hərəkəti İslam Respublikasının hərbi birləşmələri tərəfindən qadağan edilib. Qeyd olunur ki, Hörmüz boğazında gəmilərin hərəkəti məhdudlaşdırılıb. Hazırda tranzit yalnız İran tərəfi ilə razılaşdırılmaqla və müvafiq rüsumlar ödənilməklə həyata keçirilir.