30 avqust 2026 17:22
97

Muğladan Antalyaya yayılan meşə yanğını nəzarət altına alınıb

Muğlanın Seydikemer rayonunda başlayan və külək səbəbindən Antalyanın Kaş rayonuna yayılan meşə yanğını, qrupların intensiv hava və yerüstü müdaxiləsi ilə nəzarət altına alınıb.

İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, bölgədə soyutma işləri davam edərkən, bəzi evlər və istixanalar, eləcə də kənd təsərrüfatı sahələri zərər görüb.

Qeyd edək ki, dünən günortadan sonra Seydikemer rayonunun Korubükü məhəlləsi yaxınlığındakı kənd təsərrüfatı sahəsində başlayan yanğın güclü külək səbəbindən meşə sahəsinə, sonra isə Antalyanın Kaş rayonu sərhədləri daxilindəki meşə sahəsinə yayılmışdı.

Məhərrəm Ağalaroğlu, “İki sahil”