Xocalı rayonunun Ballıca kəndində bu gün toy sədaları eşidilir. Kənddə Hüseynovlar ailəsinin böyük sevinc və həyəcanına şahidlik edən toy mərasimi keçirilir. Əmrah və Arzu ailə həyatı qururlar.
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə bildirilib ki, gənc cütlüyün toy mərasiminin əsas özəlliyi onların ailə həyatına məhz doğma yurdda – Xocalının Ballıca kəndində başlamasıdır.
Vaxtilə insanların məcburi şəkildə tərk etdiyi torpaqlarda bu gün toy sədaları eşidilir, yeni ailələr qurulur, uşaqlar dünyaya gəlir, həyat yenidən canlanır.
Ballıca kəndində keçirilən bu toy təkcə bir ailənin sevincini deyil, həm də doğma torpaqlarda həyatın bərpasını, insanların öz yurdlarına qayıdaraq burada gələcək qurmasını əks etdirir.
YAP Sumqayıt şəhər təşkilatında 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
“Yeni Azərbaycan” qəzetinin rəsmi internet saytına kütləvi haker hücumu həyata keçirilib
Nizami rayonunda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib
Nazir Vilayət Eyvazov Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi