28 avqust 2026 16:30
97

Çexiya Ukrayna üçün 800-ə yaxın T-72 tankını modernləşdirib

Çexiya Ukrayna Silahlı Qüvvələri üçün 800-ə yaxın T-72 tankını modernləşdirib.

“İki sahil” RT-yə istinadla xəbər veriir ki, bu barədə Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Elmi-analitik informasiya mərkəzinin rəhbəri, ehtiyatda olan general-mayor Nikolay Plotnikov məlumat verib.

"Rossiya Seqodnya" Beynəlxalq Multimedia Mətbuat Mərkəzində mətbuat konfransında çıxış edən general qeyd edib ki, SSRİ dövründə bu döyüş maşınları lisenziya əsasında Çexoslovakiyada istehsal olunub.

"Çexiya Ukrayna Silahlı Qüvvələri üçün tankların ən böyük partiyasının modernləşdirilməsini həyata keçirib, bu, 800-ə yaxın T-72 tankıdır", — deyə "RİA Novosti" onun sözlərini sitat gətirib.