28 avqust 2026 15:28
117

NATO Hərbi Komitəsi sədrinin seçiləcəyi tarix bəlli olub

NATO ölkələrinin Baş Qərargah rəisləri sentyabrın 18-19-da Kopenhagendə keçiriləcək görüşdə alyansın Hərbi Komitəsinin rəhbərini seçəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə NATO-nun qərargahından jurnalistlərə məlumat verilib.

"Müttəfiqlərin (NATO ölkələrinin) Baş Qərargah rəisləri Kopenhagendəki görüşdə NATO Hərbi Komitəsinin yeni sədrini seçəcəklər. O, yanvar ayından etibarən hazırkı sədr — admiral Cüzeppe Kavo Draqoneni əvəz edəcək", — deyə qərargahdan bildirilib.

NATO hələlik namizədləri şərh etmir, lakin Avropa KİV-ləri daha əvvəl məlumat vermişdi ki, bu posta əsas namizəd Bundesverin baş müfəttişi Karsten Broyerdir. Onun yeganə rəqibi Kanada Baş Qərargah rəisi general-leytenant Cenni Karinyan olacaq. O, NATO tarixində bu postu tutan ilk qadın ola bilər.

Bununla belə, Brüsseldəki mənbələrin əksəriyyəti, Kanada və ABŞ arasındakı gərgin münasibətləri, eləcə də Vaşinqtonun Avropanın hərbi təhlükəsizliyini təmin etmək məsuliyyətini məhz Avropa ölkələrinin üzərinə qoymaq istəyini nəzərə alaraq, alman generalının seçilməsinin demək olar ki, qaçılmaz olduğuna əmindirlər.