İşğaldan azad olunmuş ərazilərdə yaşayan sakinlərin tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması və zəruri xidmətlərin onların yaşayış yerində göstərilməsi TƏBİB-in əsas fəaliyyət istiqamətlərindəndir.
TƏBİB-dən “İki sahil”ə verilən məlumata görə, tibb məntəqələrinin fəaliyyət göstərmədiyi yaşayış məntəqələrində tibbi xidmətlərin əlçatanlığını təmin etmək məqsədilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti Xıdırlı və Kəngərli kəndlərinə səfər edib.
Səyyar xidmət zamanı sakinlərin ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, terapevt, pediatr, ginekoloq və otorinolarinqoloq tərəfindən müayinələr aparılıb, müvafiq tövsiyələr verilib.
İki kənd üzrə 18-i uşaq olmaqla, ümumilikdə 30-dan çox sakin tibbi xidmətdən yararlanıb. Əlavə müayinə və ixtisaslaşmış tibbi xidmətə ehtiyacı müəyyən edilən sakinlərin aidiyyəti tibb müəssisələrinə yönləndirilməsi təmin olunub.
İşğaldan azad olunmuş ərazilərdə yaşayan əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə səyyar tibbi xidmətlərin davam etdirilməsi nəzərdə tutulur.
YAP Sumqayıt şəhər təşkilatında 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
“Yeni Azərbaycan” qəzetinin rəsmi internet saytına kütləvi haker hücumu həyata keçirilib
Nizami rayonunda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib
Nazir Vilayət Eyvazov Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi