23 avqust 2026 12:04
92

Qazaxda yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb

Qazaxda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı üç nəfərə çatıb.

“İki sahil” xəbər verir ki,  iki avtomobilin toqquşması nəticəsində Səkinə Mustafayeva (1958-ci təvəllüdlü), Məqsəd İbrahimov (1968-ci il təvəllüdlü) və Fəxrəddin Mustafayev (1959-cu il təvəllüdlü) hadisə yerində vəfat ediblər.

Bundan başqa xəsarət alan 1997-ci il təvəllüdlü Şəadət Mustafayev xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.