Venesuelada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 6438-ə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Xorxe Rodrigez sosial media hesabında yazıb. O, yaralıların sayının 16 min 740 nəfər olduğunu qeyd edib. Rodrigez bildirib ki, fəlakətin ən çox insan tələfatına və dağıntıya səbəb olduğu La Quayra ştatında hökumət indiyə qədər 335 evi qanuni sahiblərinə təhvil verib, 59 min 109 evi ziyana görə qiymətləndirib. Həmin evlərdən 34 min 680-ni yaşayış üçün yararlı, 13 min 733-ü məhdud istifadə üçün yararlı, 10 min 696-sı isə “yüksək riskli” hesab edilib.
Xatırladaq ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə 2 təkan qeydə alınıb.