14 avqust 2026 12:28
94

Nəsimi rayonunda evlərdən oğurluq edən şəxslər saxlanılıblar

Nəsimi rayonu ərazisində evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən 46 yaşlı A.Axundov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

“İki sahil” xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, o, oğurluğu usta kimi işlədiyi mənzildə ev sahiblərinin olmamasından sui-istifadə edərək törədib.

Rayon ərazisində baş verən digər hadisə zamanı isə sakinlərdən birinin evindən pul vəsaiti və məişət əşyaları oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı C.Kərimov da müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.