13 avqust 2026 22:06
98

Azərbaycan XİN: Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir

2020-ci ildən - Vətən müharibəsinin sonundan bəri Azərbaycanda 436 nəfər minaların qurbanı olub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mina partlayışları ilə bağlı "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirilib.

Paylaşımda Azərbaycanda son iki gün ərzində iki mina partlaytışının baş verməsi qabardılıb:

"Ardıcıl iki gün. İki mina partlayışı. Üç mülki şəxs yaralanıb. Bu faciəli hadisələr münaqişənin ölümcül irsinin insan həyatını təhlükə altında qoymağa, yenidənqurma işlərinə mane olmağa və məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləməyə davam etdiyini acı şəkildə xatırladır".