13 avqust 2026 19:36
103

Gömrük orqanına bəyan edilməyən 17 ədəd mobil telefon aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində gömrük orqanına bəyan edilməyən 17 ədəd mobil telefon, xeyli sayda mobil telefon ehtiyat hissələri və aksesuarları aşkar edilib.

“İki sahil” xəbər verir ki,  Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının çamadanına gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı çamadandan gömrük orqanına bəyan edilməyən müxtəlif parametrlərə malik ümumilikdə, 17 ədəd “Iphone” markalı mobil telefon, müxtəlif markalı mobil telefonlara aid 190 ədəd ekran və aksesuarlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.