13 avqust 2026 08:47
163

Bayıl və Badamdarın qaz təchizatında qısamüddətli fasilə olacaq

Bakının Bayıl və Badamdar qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 13-də saat 10:00-dan işlər yekunlaşanadək paytaxtın Səbail rayonunun Bayıl və Badamdar qəsəbələrinin təbii qaz təchizatında qısamüddətli fasilə yaranacaq.