10 avqust 2026 08:13
109

Bakıda üç istiqamətdə tıxac yaranıb

Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb.

“İki sahil” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.