03 avqust 2026 23:06
112

FİFA-ya qarşı boykot planlaşdırırlar

Bir sıra qitə futbol konfederasiyaları FİFA prezidenti Canni İnfantinonun vəzifədən getməsinə nail olmağa çalışır.

“İki sahil” xəbər verir ki, "The Times" nəşrinin məlumatına görə, UEFA, Asiya Futbol Konfederasiyası (AFC) və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) İnfantino istefa verməyəcəyi və yenidən prezidentliyə namizəd olacağı təqdirdə FİFA-nın fəaliyyətini məhdudlaşdıracaq addımlar üzərində işləyir.

Bildirilir ki, bu planlara FİFA Şurası və komitələrinin iclaslarını boykot etmək, qurumun qərarlarını ratifikasiya etməmək, həmçinin alternativ beynəlxalq turnirlərin yaradılması daxildir.

Xatırladaq ki, ötən həftə FİFA-nın turnirlərin kommersiya hüquqlarının satışı üçün yeni struktur yaratmaq planı ciddi tənqidlərə səbəb olmuş, bundan sonra Canni İnfantino bu təşəbbüsdən imtina etmişdi.