İranın xarici işlər naziri Abbas Əraqçi Omanla Hörmüz boğazında gəmiçilik məsələlərinə dair danışıqlar prosesinin yekun mərhələyə yaxın olduğunu bildirib.
“İki sahil” "Tasnim"ə istinadən xəbər verir ki, Əraqçi bu gün keçirilən hökumət iclasında İran və Oman arasında danışıqların hazırkı vəziyyəti barədə hesabat təqdim edib. O, danışıqların gedişatında irəliləyişin olduğunu qeyd edib və bildirib ki, müzakirələr yekun mərhələdədir.