Meksikada "Cartel de los Reyes" cinayət qruplaşmasının rəhbəri hesab edilən Alfonso Fernandes Maqalyon saxlanılıb.
“İki sahil” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Meksikanın təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsiya Arfuç məlumat verib.
Əməliyyat avqustun 1-də Miçoakan ştatının Los-Reyes-de-Salqado bələdiyyəsinin İmbarakuaro yaşayış məntəqəsində keçirilib.
Əməliyyata ordu və Milli Qvardiyanın rəhbərliyi ilə federal qüvvələr, eləcə də Hərbi Dəniz Qüvvələri, Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq və ştat polisi cəlb olunub. Qeyd olunub ki, saxlanılmadan əvvəl XII hərbi dairənin hərbi kəşfiyyat bölməsi tərəfindən araşdırma aparılıb.
"Alfonso Fernandes Maqalonu azadlıqdan qanunsuz məhrumetmə və üsyan ittihamları üzrə həbs qərarı var. Bundan əlavə, ABŞ hakimiyyət orqanları onun saxlanılmasına səbəb olacaq məlumat üçün 5 milyon dollara qədər mükafat vəd etmişdi", - deyə Arfuç bildirib.
Meksika hərbçiləri ona avtomobil oğurluğu, hədə-qorxu ilə pul tələb etmə və narkotik ticarəti, həmçinin hərbçilərə qarşı dron hücumlarında iştirakla bağlı ittihamlar irəli sürülür. Belə hücumların 19 yanvar 2025-ci ildə Kotixa şəhərində, eləcə də bu ilin 15 iyun və 1 iyul tarixlərində Tinqindin və Xakona bölgələrində baş verdiyi qeyd olunur.
Qruplaşmanın ehtimal olunan üzvləri əməliyyatdan bir neçə saat sonra saxlanılan şəxslərin aparılmasına mane olmaq üçün Los-Reyes və Periban bələdiyyələrində yolları avtomobillərlə bağlayıb, nəqliyyat vasitələrini yandırıblar.Onunla bağlı araşdırmanı ABŞ Milli Təhlükəsizlik Araşdırmaları İdarəsi də aparıb və 5 milyon dollarlıq mükafatı məhz bu qurum müəyyən edib.
Məlumata görə, əməliyyat zamanı onunla birlikdə Martin Silva Osornio və Federiko Plasensiya Mendoza adlı daha iki şəxs də saxlanılıb. Onların üzərindən narkotik vasitələr, silah və sursat aşkarlanıb.
Saxlanılan şəxslər Meksika Hərbi Hava Qüvvələrinə məxsus helikopterlə paytaxt Mexikoya aparılıb və həmin gecə Baş Prokurorluğa təhvil veriliblər. Onların bu gün günü hakim qarşısına çıxarılacağı bildirilib.
Fernandes Maqalonu Tepalkatepek kartelinin rəhbəri, "El Abuelo" ("Baba") ləqəbli Xuan Xose Farias Alvaresin yaxın adamı hesab olunur. "La Jornada"nın məlumatına görə, ABŞ Alvaresin tutulmasına kömək edəcək məlumat üçün artıq 10 milyon dollar mükafat vəd edib.
NYT: İran neft bazarı vasitəsilə ABŞ-dəki seçkilərə təsir göstərməyi planlaşdırır
"Axios": Tramp konqresə keçiriləcək aralıq seçkilərinə o qədər də əhəmiyyət vermir