İndoneziyanın Madura adası sahillərində göyərtəsində 271 sərnişin və ekipaj üzvünün olduğu bərədə yanğın baş verib.
“İki sahil”in "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər həlak olub, daha 41 nəfər itkin düşüb.
Axtarış-xilasetmə xidmətinin məlumatına əsasən, 225 nəfər xilas edilib.
Qeyd olunur ki, bərə Şərqi Yava əyalətinin Surabaya şəhərindən Cənubi Sulavesi əyalətinin Makassar şəhərinə gedirmiş.
Yanğının başvermə səbəbi araşdırılır. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Süni intellekt bazarının çökməsi bütün ABŞ iqtisadiyyatına ciddi ziyan vura bilər