02 avqust 2026 19:27
91

İsrail Qəzza zolağında üç radikalın zərərsizləşdirildiyini açıqlayıb

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında HƏMAS hərəkatının "Cəbaliyə" batalyonunun komandiri də daxil olmaqla, fərqli Fələstin qruplaşmalarını təmsil edən üç silahlı radikalın məhv edildiyini açıqlayıb.

“İki sahil” İMQ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, İsrail hərbi qulluqçularına qarşı hücumlar hazırlayan yaraqlılara zərbələr endirilib.

Bildirilib ki, Qəzza zolağının şimalında HƏMAS-ın "Cəbaliyə" batalyonunun komandiri Əhməd Xudar, Qəzza şəhəri ərazisində "İslam ordusu" qruplaşmasının nümayəndəsi İmad Xamis Taram və Fələstinin "İslam cihadı" təşkilatının üzvü Həsən İbrahim Şəhadə Kəhman zərərsizləşdirilib.

Məlumata görə, onların hər üçü İsrailin dinc sakinlərinə və hərbi qulluqçularına hücum etməyə cəhd göstəriblər.