31 iyul 2026 20:30
105

Təhsil Tələbə Krediti Fondu ali təhsil müəssisələrinin sərgisində iştirak edib

29-31 iyul 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində Təhsil Tələbə Krediti Fondu da təmsil olunub.

“İki sahil” xəbər verir ki, üç gün davam edən sərgi çərçivəsində Fondun əməkdaşları abituriyentlər, tələbələr və valideynlərlə görüşərək təhsil tələbə kreditləri, müraciət qaydaları, sosial və standart kredit növləri, eləcə də kreditlərin üstünlükləri barədə ətraflı məlumat veriblər. Ziyarətçilərin mövzu ilə bağlı sualları cavablandırılıb, onlara müraciət prosesi və mövcud imkanlar izah edilib.

Fondun sərgidə iştirakının əsas məqsədi ixtisas seçimi ərəfəsində gənclərin təhsil tələbə krediti mexanizmi barədə məlumatlılığının artırılması, onların təhsil haqqı xərclərinin maliyyələşdirilməsi istiqamətində təqdim olunan dövlət dəstəyi haqqında ətraflı məlumatın çatdırılması olub.

Sərgi müddətində Fondun stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.