Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisinə start verilib.
“İki sahil” xəbər verir ki, tədbirdə ölkənin müxtəlif universitetləri ilə yanaşı, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) də öz stendi ilə abituriyentlərə təqdim olunur.
ATMU-nu sərgidə Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İranə Axundova təmsil edirlər.
ATMU nümayəndələri sərgiyə gələn abituriyentlərə universitetdə tədris olunan ixtisaslar, qəbul qaydaları, təhsil imkanları və tələbə həyatı barədə ətraflı məlumat veriblər. Universitetin stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb, gələcək tələbələr onları maraqlandıran suallara birbaşa universitet əməkdaşlarından cavab almaq imkanı əldə ediblər.