Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtondan qayıdan təyyarəsi İrlandiyanın Şennon hava limanında aralıq eniş edib.
“İki sahil” xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbəyə istinadla TASS agentliyi yayıb.
"Təyyarə İrlandiyanın Şennon hava limanında aralıq eniş edib və orada təxminən iki saat qalıb", — deyə mənbə bildirib.
O, enişin dəqiq səbəbini açıqlamasa da, söhbətin yanacaqdoldurmadan gedə biləcəyini ehtimal edib.
Əvvəllər bildirildiyi kimi, iyulun 27-də ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gedən Zelenskinin təyyarəsi Böyük Britaniyanın Bornmut hava limanında da texniki eniş etmişdi.
Həmin vaxt Böyük Britaniyanın Baş naziri Endi Börnem Zelenski ilə görüş keçirərək mətbuat konfransı təşkil etmiş və Londonun Kiyev qarşısında götürdüyü bütün öhdəlikləri, o cümlədən münaqişə başa çatdıqdan sonra Ukraynaya qoşun kontingentinin gönderilməsini yerinə yetirəcəyinə zəmanət vermişdi.