İsrailin Baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında meqapolisin meri Zohran Mamdaninin onu həbs etmək çağırışlarına baxmayaraq, sentyabr ayında Nyu-Yorka gəlmək niyyətində olduğunu bəyan edib.
“İki sahil” xəbər verir ki, bu barədə İsrail hökumətinin rəhbəri "Fox News" telekanalına müsahibəsində bildirib.
"Mən Nyu-Yorka gedirəm... Nyu-York sakinləri arasında nifaq salan və nifrət qızışdıran bu seçilmiş rəsmi şəxsin üzünə həqiqəti deyəcəyəm", — deyə, o, qeyd edib.
Əvvəllər Nyu-York meri Zohran Mamdani bəyan etmişdi ki, onun administrasiyası Netanyahunun şəhərə gələcəyi təqdirdə saxlanılması imkanlarını araşdırır.