28 iyul 2026 00:20
95

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

Türkiyənin Bakırköy prokurorluğunun tanınmış şəxslərlə bağlı apardığı narkotik vasitələrin istifadəsi ilə əlaqədar istintaq çərçivəsində saxlanılan 19 şübhəli barəsində aparılan ekspertizanın nəticələri məlum olub.

“İki sahil” xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Məlumata görə, müğənni İlyas Yalçıntaş, Ayşənur Balcı, Orhan Yıldız və Şefik Ömər Dolman barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd olunub ki, müğənni Sıla Gençoğlu, İrem Haznedar, Aybüke Albere, Ateş İnce, Gökhan Şafak, Buğra Balkaya, Hilal Zeynep Hedbe, Volkan Büyükhanlı, Büşra Tatar, Feyza Cihan və Asude Mercan isə məhkəmənin qərarı ilə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıblar.

Ekspertiza nəticələrinə görə, İlyas Yalçıntaş, Ayşənur Balcı, Orhan Yıldız, Akın Altan, Asude Mercan, Buğra Balkaya, Cenk Çöteli, Emre Avar, Hilal Zeynep Hedbe və Şefik Ömər Dolmanın analizlərində kokain, Büşra Tatarın analizində isə kodein maddəsi aşkarlanıb.

Bununla yanaşı, müğənni Sıla Gençoğlu və Aybüke Alberenin test nəticələrinin mənfi olduğu bildirilib.