Ukrayna müharibənin 1615-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 440 580 hərbçi, 12 225 ədəd tank, 25 032 ədəd zirehli döyüş maşını, 46 831 ədəd artilleriya sistemi, 1969 (reaktiv yaylım atəş sistemi), 1 519 hava hücumundan müdafiə sistemi, 439 ədəd hərbi təyyarə, 354 ədəd helikopter, 2038 ədəd yerüstü robot-texnika kompleksi, 429 555 ədəd PUA, 126 302 ədəd avtomobil texnikası, 4 950 qanadlı raket, 34 gəmi/kater, 2 sualtı qayıq, 4 472 xüsusi avadanlıq itirib.