İsrail Müdafiə Qüvvələri İordaniya ilə sərhəd bölgəsində iki pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini bildirib.
“İki sahil” RT-yə istinala xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin bəyanatında bildirilir.
"İordaniya ilə sərhəd rayonunda aşkarlanan iki pilotsuz uçuş aparatını zərərsizləşdirib. PUA-lar İsrail sərhədini keçməyib", - deyə bəyanatında bildirilir.
Hərbi idarədən qeyd olunub ki, "pilotsuz uçuş aparatlarının buraxılış məkanı dəqiqləşdirilir". "Protokola uyğun olaraq həyəcan siqnalları işə düşməyib", — deyə mətbuat xidməti əlavə edib.