Futbol üzrə Türkiyə millisinin yarımmüdafiəçisi Arda Güler İspaniyanın "Real Madrid" klubundan ayrıla bilər.
“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, bu barədə ispaniyalı jurnalist İnyaki Anqulo yazıb.
Onun fikrincə, "Kral klubu" əvvəl "Leypsiq" forması geyinən və Fil Dişi Sahili ilə Dünya Kubokunda məşhurlaşlan 19 yaşlı Yan Diomandeni 100 milyon avroya transfer edib və Arda Gülər ilə Endrik komandanı tərk edə bilər.
Xatırladaq ki, Arda Güler "Real Madrid"ə 2023-cü ilin yayında keçib və onun müqavilə müddəti 2029-cu ilin 30 iyun tarixində tamamlanır. Klub rəhbərliyinin onun müqavilə müddətini 2031-ci ilə qədər uzatmaq və maaşını artırmaq üzərində çalışdığı barəde iddialar da mövcuddur.