21 iyul 2026 12:45
137

Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baxış keçirib

Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev və kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcər rayonunda aqrar sahədə həyata keçirilən fəaliyyətlə və tikinti işlərinin gedişi ilə tanış olublar.

“İki sahil” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, səfər çərçivəsində arıçılıq və heyvandarlıq təsərrüfatlarına baxış olub, həmçinin Zar kəndində tikintisi davam edən fərdi yaşayış evlərində görülən işlər nəzərdən keçirilib. Görüş zamanı aqrar sahənin inkişafına dair yeni Dövlət Proqramının ölkəmizdə, o cümlədən Kəlbəcərdə kənd təsərrüfatının bərpası və inkişafına verəcəyi töhfələr barədə fikir mübadiləsi aparılıb.